Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Ailə dəyərləri və ənənələri”  mövzusunda maarifləndirici tədbir keçirilib.

17 may 2024 | 17:36

Samuxda “Ailə dəyərləri və ənənələri”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində “15 may - Beynəlxalq Ailə Günü” ilə əlaqədar” “ Ailə dəyərləri və ənənələri”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti və  Heydər Əliyev Mərkəzinin məsul işçiləri, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə sektoru, Samux rayon Təhsil sektorunun əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışında, Ümummilli Lider Heydər Əliyev tərəfindən ailə dəyərlərinə böyük qiymət verildiyi, bu gün həmin siyasətin layiqli davamçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım, Vitse-prezident Mehriban Əliyeva tərəfindən milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edərək, ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qorunub saxlanılması, qarşılıqlı hörmət və məhəbbət sayəsində ailələrin daha uzunömürlü və xoşbəxt olmasından bəhs edib.

Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova cəmiyyətin formalaşmasında ailənin böyük rol oynadığını vurgulayaraq, milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılmasının hər zaman önəmli olduğunu bildirdi.

 

Keçidlər