Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ağsaqqal sözü — müdriklik və birlik nümunəsi adlı tədbir keçirilib

23 oktyabr 2026 | 12:00

Samuxda “Ağsaqqal sözü — müdriklik və birlik nümunəsi” adlı tədbir keçirilib

Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə RİH başçısı Firdovsi Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev ağsaqqalların cəmiyyət həyatındakı rolundan, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və nəsillər arasında mənəvi bağlılığın möhkəmləndirilməsi istiqamətində onların mühüm xidmətlərindən danışıb.

Daha sonra Samux Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Hesabat dövründə gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlərin keçirildiyi, şəhid ailələri və qazilərlə, eləcə də təhsil müəssisələrində şagird və tələbələrlə görüşlərin təşkil olunduğu bildirilib. Rayonun ictimai həyatına dair müxtəlif təşəbbüs və təkliflər də diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Bayram Qasımov Samux Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ağsaqqalların ictimai-sosial həyatda tutduğu mühüm mövqeyi vurğulayaraq onların təcrübəsindən və tövsiyələrindən səmərəli istifadə olunmasının əhəmiyyətini qeyd edib. Digər çıxış edənlər də ağsaqqalların ictimai fəallığının artırılmasının və rayonun sosial-mədəni həyatında iştiraklarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Çıxışlarda ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında mühüm rolundan, cəmiyyətin mənəvi dayağı kimi fəaliyyətlərindən bəhs edilib. Ölkəmizdə ağsaqqallara göstərilən yüksək diqqət və qayğıya, bütün sahələrdə əldə olunan nailiyyətlərə, mövcud ictimai-siyasi sabitliyə və əmin-amanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Sonda Şuraya yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər