Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ağacəkmə və təmizlik aksiyaları keçirilib

22 aprel 2024 | 14:26

Samuxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və 22 aprel Beynəlxalq Yer günü ilə əlaqədar ağacəkmə və təmizlik aksiyaları təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyalarda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllüləri, şəhid ailələri, İcra Hakimiyyətinin nümayəndələri, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında keçirilən ağacəkmə aksiyasında bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Daha sonra Samux rayonunun Qarayeri qəsəbəsində təmizlik aksiyası keçirilib, ətraf ərazilər tullantılardan təmizlənib, yaşıllıqlara qulluq göstərilib.

Tədbirlərin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə aktiv iştirakını təmin etmək və dayanıqlı gələcəyimizi təmin etməkdən ibarətdir.

Keçidlər