Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə konfrans keçirilib

04 mart 2024 | 16:16

                                                                          

 

Samux Rayon İcra Hakimiyyəti, Gənclər və idman sektoru, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, Təhsil sektoru və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə  04 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında  “5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə konfrans keçirilib.

Konfransda Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, icra hakimiyyətinin əməkdaşları,  Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, Təhsil sektorunun müdiri Nurlana Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Samux rayon nümayəndəliyinin rəhbəri Alagöz Quliyeva, idmançılar, gənclər, məşqçi-müəllimlər və fiziki tərbiyə müəllimləri iştirak edib.  

İlk öncə  Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xaritəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 5 mart – Bədən tərbiyəsi və İdman günü münasibəti ilə il ərzində keçirilmiş gənclər və idman tədbirlərindən hazırlanmış  videoçarx izlənildikdən sonra konfrans öz işini çıxışlarla davam etdirib.

Samux rayonu üzrə gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev il ərzində keçirilmiş gənclər və idman tədbirlərinin qısa hesabatını verərək, il ərzində keçirilən tədbirlərin, qazanılmış medalların sayı, idmançıların nailiyyətləri haqqında statistik məlumat verdi.

Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev öz çıxışında bütün idman ictimayətini əlamətdar gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, 1990-cı illərdə bütün sahələrdə olduğu kimi, idmana qayğı da unudulmuşdu. Bütün idman qurğuları dağıdılmış, respublikanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qısa zaman kəsiyində müstəqil Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident Cənab İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

               Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramovda təbrikə qoşularaq idmançılarımızı təbrik etdi. Qeyd etdi ki, Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.

               Çıxış edən digər natiqlər də idmançıları təbrik edərək mövzu ətrafında öz fikirlərini bildirdilər.

Sonda  5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə keçirilmiş onlayın müsabiqənin iştirakçılarının və il ərzində bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə fərqlənən idmançı, məşqçi-müəllim və fiziki tərbiyə müəllimləri təşkilatçılar tərəfindən mükafatlandırıldı.

 

 

 

 

 

 

Keçidlər