Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü qeyd edilib

13 noyabr 2023 | 08:55

Samuxda 44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü qeyd edilib

12 noyabr 2023-cü il tarixdə Samux rayonunun Qarayeri  qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun və Poylu kəndindən olan Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidlərin məzarları ziyarət edilib,  ruhlarına dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Keçidlər