Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 4116 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır

17 may 2022 | 09:49

                     Samuxda 4116 hektar  sahədə yazlıq bitkilərin əkini aparılmışdır.   

       Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı və heyvandarlıq məhsullarının  istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.     

        2022-ci ilin yanvar-aprel ayları ərzində  rayon üzrə 4116,0 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır.               

     Yazlıq bitkilər əkininin 468,0  hektarı və yaxud 11,4 faizi çoxillik otlar, 147,0 hektarı və yaxud 3,6 faizi kartof, 546,5 hektarı və yaxud 13,3 faizi tərəvəz, 1877,0 hektarı və yaxud 45,6 faizi günəbaxan, 424,0 hektarı və yaxud 10,3 faizi yazlıq arpa, 15,0 hektarı və yaxud 0,4 faizi yazlıq buğda, 323,0 hektarı və yaxud 7,8 faizi qarğıdalı,140,0 hektarı və yaxud 3,4 faizi bostan, 150 hektarı və yaxud 3,6 faizi soya, 20,5 hektarı və yaxud 0,5 faizi paxlalılar, 5,0 hektarı və yaxud 0,1 faizi birillik otlar  olmuşdur.

            Yazlıq bitkilərin əkininin  912,0 hektarı və yaxud 22,2 faizi qeyri -dövlət  kənd təsərrüfatı müəssisələrinin, 3204,0 hektarı və yaxud 77,8 faizi isə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

    Aparılan müşahidələrə əsasən qeyd etmək lazımdır ki, təsərrüfatlar açıq torpaq sahələri ilə yanaşı olaraq, örtülü torpaqlarda da (istixana komplekslərində) əkin aparmağa daha çox maraq göstərirlər.

      2022-ci ilin məhsulu üçün  təsərrüfatlar I rüb ərzində istixanalarda 47,8 hektar sahədə tərəvəz bitkiləri əkmişdirlər. İstixanalarda əkilən sahələrin 28,0 hektarı və yaxud 58,6 faizi kənd təsərrüfatı müəssisələrinin, 19,8 hektarı və yaxud 41,4 faizi isə ailə kəndli və ev təsərrüfatlarının payına düşür. İstixanalarda əkilən tərəvəzin 4,2 hektarını və yaxud 8,7 faizini xiyar, 42,6 hektarını və yaxud 89,1 faizini pomidor, 1,0 hektarını və yaxud 2,2 faizini sair tərəvəz bitkiləri  təşkil etmişdir.  

     Həmin sahələrdən I rüb ərzində  1675,0 ton tərəvəz yığılmışdır. İstehsal olunan  tərəvəzin  1076,3 tonu və yaxud 64,3 faizi kənd təsərrüfatı müəssisələrinin, 598,7 tonu və yaxud 35,7 faizi isə əhali təsərrüfatlarinin  payına düşür. Tərəvəz  məhsullarının 77,5 tonu və yaxud 4,6 faizi xiyar, 1592,8 tonu və yaxud 95,1 faizi pomidor, 4,7 tonu və yaxud  0,3 faizi sair tərəvəz bitkiləri olmuşdur. Bundan əlavə hesabat dövründə  istixanalardan   2,2 ton çiyələk yığılmışdır.

                  Rayonda yazlıq bitkilərin əkini davam etdirilir.

 

                           Samux Rayon Statistika İdarəsinin

                         rəis müavini Allahverdi Məmmədov

Keçidlər