Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “31 Mart – Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi.

30 mart 2023 | 17:43
Samuxda “31 Mart – Azərbaycanlıların Soyqırımına siyasi qiymət verilməsində Ulu öndər Heydər Əliyevin tarixi rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi.  

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  

Daha sonra “31 Mart – Azərbaycanlıların Soyqırımına” həsr edilmiş videoçarx izlənildi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək qeyd etdi ki, Azərbaycanlılara qarşı  müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasətinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların departasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Xalqımızın və torpaqlarımızın tarixi ilə bağlı öyrəniləsi, dərindən araşdırılası, üzərinə təkrar-təkrar qayıdılası səhifələri çoxdur. Məhz bu baxımdan ümummilli liderimiz  H.Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasında 31 mart hər il Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Soyqırımı Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur.
Çıxış edən digər natiqlər də bildirdilər ki, bütövlükdə  XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı departasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir.  Ən müxtəlif üsul və vasitələrdən istifadə edən erməni şovinistləri dünya ictimai fikrini çaşdırır, Azərbaycanın və bütün Qafqazın tarixini saxtalaşdırır, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kompaniyası aparır, dünya ictimaiyyətinin  nəzərində «əzabkeş, məzlum erməni xalqı» obrazı yaradılır.
Bu gün dövlətimiz  və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı. Ümid edirik ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən Qərb dairələri, nəhayət, bu reallıqlara gözünü açacaq və bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart soyqırımına layiqli hüquqi qiyməti verəcəkdir.

Keçidlər