Samuxda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə ümumrayon bayram tədbiri keçirilib
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə Samux şəhərində ümumrayon bayram tədbiri keçirilib.
Bayram tədbirində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə veteranları, məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümumrayon tədbirində giriş nitqi söyləyən rayon İcra Hakimiyyətinin başçısı hər kəsin bayramını təbrik edərək bildirib ki, yola saldığımız 2023-cü il - “Heydər Əliyev İli” Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın birdəfəlik terrorçulardan təmizlənməsi, işğaldan azad olunan qədim yurdumuzda konstitusiya quruluşunun tamamilə bərqərar olması ilə şanlı tariximizə qızıl hərflərlə həkk olundu. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcəyinə işıq saçan dühası ilə cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində ölkəmizin adı daim ucalacaq, xalqımızın rifahı daha da yüksələcək. Həmçinin 2023-cü ildə Samux rayonunun sosial-iqtisadi və ictimai-mədəni həyatında qazanılan uğurlardan bəhs olunub, növbəti ildə görüləcək işlər barədə ümumi məlumat verilib.
Rayon sakinləri ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Samuxlular adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əiyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində Yeni ilin qəhrəmanları şaxtababa və qarqızın iştirakı uşaqların böyük sevincinə səbəb olub, mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi konsert proqramı sakinlər tərəfindən rəğbətlə qarşılanıb.