Samuxda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibətilə şəhid övladları üçün şənlik keçirilib
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Samux Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Sosial Xidmətlər agentliyinin birgə təşkilatçılığı ilə Paris Holl şənlik evində “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, qazilərin, eləcə də aztəminatlı ailələrin övladları üçün şənlik keçirilib.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan musiqili-əyləncəli şənlikdə uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.
Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şənlikdə balaca tamaşaçılara bayram hədiyyələrini təqdim ediblər.