Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "27 sentyabr-Anım Günü" münasibəti ilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi.

25 sentyabr 2023 | 18:53

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Samux rayon Ziyadlı kəndindən olan Vətən müharibəsi şəhidləri Abdullayev Qəzənfər Nəcəf oğlu və Yusifov Taleh Gündüz oğlu, Qovlarsarı kəndindən olan Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlu, Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidləri Bəylərov Seymur Səlyəddin oğlu, Məmmədov Bayram Elnur oğlu, Allahverdiyev Vüsal Novruz oğlu, Cəfərov Babək Məxsus oğlu, Seyidlər kəndindən olan Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlu, Qədili kəndindən olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlu, Sarıqamış kəndindən olan Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlu, Köbər kəndindən olan Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlu, Poylu kəndindən olan Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun məzarları ziyarət edildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları iştirak etdi.

Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər