Samuxda “27 sentyabr - Anım Günü” ilə əlaqədar məktəblilərin rəsm sərgisi keçirilib
Samux rayon İcra Hakimiyyətinin və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar açıq səma altında məktəblilərin rəsm sərgisi keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə keçirilən sərgidə məktəblilər xalqımızın düşmən üzərində qələbəsini əks etdirən rəsimlərlə iştirak etmişdirlər.