Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.

23 iyun 2026 | 14:00

Samuxda “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluğu yüksək məsuliyyət, peşəkarlıq və xalqa sədaqətlə xidmət prinsiplərinə əsaslanan şərəfli fəaliyyət sahəsidir. O qeyd edib ki, ölkəmizdə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən islahatlar dövlət qulluğunun inkişafına mühüm töhfə verir.

Firdovsi Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bildirilib ki, dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafında, dövlət siyasətinin həyata keçirilməsində və vətəndaşların müraciətlərinin operativ həllində mühüm rol oynayırlar.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, dövlət qulluqçuları dövlət siyasətinin həyata keçirilməsində, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayırlar. O qeyd edib ki, dövlət qulluğu yüksək məsuliyyət, peşəkarlıq və vətənə sədaqət tələb edən şərəfli fəaliyyət sahəsidir.

Sonda bir qrup dövlət qulluqçusuna səmərəli fəaliyyətlərinə görə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tərəfindən “Fəxri fərmanlar” təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər