Samuxda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir
Samuxda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlərin, o cümlədən ağacəkmə aksiyalarının təşkili işləri davam etdirilir.
Növbəti start verilən ağacəkmə aksiyaları rayon ərazisindəki avtomobil yollarının kənarlarını əhatə edir və aksiyada Samux RİH başçısı Firdovsi Əliyev, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, könüllü gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiyalar çərçivəsində rayonda çinar, eldar şamı, sərv və tut növlərindən olan on iki minədək ağac tingləri əkiləcəkdir.
Ekoloji sağlamlığın və ətraf mühitin qorunması məqsədi ilə salınan yaşıllıq zonalarına bütün zəruri aqrotexniki qulluq göstərilir.