Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “20 Yanvar Ümumxalq Hüzn Günü xalqımıza qarşı törədilən terror" mövzusunda tədbir keçirilib

19 yanvar 2024 | 17:33

 Samux Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Samux şəhər 2 saylı tam orta məktəbdə “20 Yanvar Ümumxalq Hüzn Günü xalqımıza qarşı törədilən terror" mövzusunda tədbir keçirilib.

Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini Qurumlarla işin təşkilatçısı Emin Şəmmədov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğu vurğulanıb. Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib.

 Sonda şagirdlərə mövzu ilə bağlı sənədli film göstərilib.

Keçidlər