Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “20 Yanvar – Azadlığımıza gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

17 yanvar 2025 | 16:24

Samux Rayon İcra Hakimiyyəti, Samux rayonu üzrə gənclər və idman sektoru, Samux Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Samux Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığımıza gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri,, Samux rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, müəssisə və təşkilatların işçiləri, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbiri açıq elan edən Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının müavini Kəmalə Xəlilova 20 yanvar faciəsinin yaranma səbəbləri və bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə danışıb.

Dəyirmi masada iştirak edən Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Samux rayonu üzrə gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev Azərbaycan tarixində çox mühüm yeri olan 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında hüznlü, eyni zamanda, şərəfli gün kimi qaldığını, öz istiqlaliyyətini tələb etmək üçün dinc etiraz hərəkatı keçirən Azərbaycan xalqına qarşı sovet imperiyasının xüsusi qəddarlıqla törətdiyi 20 Yanvar qırğınının insan haqlarının birbaşa pozulması və cinayət olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları 20 yanvar hadisələri ilə bağlı qısa metrajlı sənədli film izləyiblər.

Keçidlər