Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "20 sentyabr Dövlət Suverenliyi Günü" ilə bağlı tədbir keçirilib.

16 sentyabr 2025 | 17:27

 

Samux şəhər Heydər Əliyev Mərkəzində "20 sentyabr Dövlət Suverenliyi Günü" ilə bağlı tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, RİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Samux Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxış edərək bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Tədbirdə çıxış edən Samux rayon Ağsaqqallar şurasının sədri Garay Bayromov, Samux rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Telli Nəsibova , Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildiriblər. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.

Keçidlər