Samuxda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olundu.
Samuxda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olundu.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Samux rayonunda Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış möhtəşəm heykəli önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışdı.
Daha sonra Samux Rayon prokuroru Mayıl Hacıyev çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik etdi.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Samux Rayon Polis şöbəsinin bir sıra əməkdaşları təltif olundular.