Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 1526,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.

06 may 2022 | 16:44

     Samux rayonunda 2022-ci ilin məhsulu üçün 1526,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Yazlıq  səpinin   465,0  hektarı və ya 30,5 faizi çoxillik otlar, 424 hektarı və ya 27,8 faizi yazlıq arpa, 335,5 hektarı və ya 21,9 faizi tərəvəz, 177,0 hektarı və ya 11,6 faizi günəbaxan, 110,0 hektarı və ya 7,2 faizi kartof, 15,0 hektarı və ya 1,0 faizi yazlıq  buğda olmuşdur. 

      2022-ci ilin I rübündə  1675,0 ton tərəvəz və 2,2 ton giləmeyvə istehsal olunmuşdur ki, bunun  da hamısı istixanaların payına düşür.

           Rayonda yazlıq bitkilərin səpini davam etdirilir.                     

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov

Keçidlər