Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir keçirildi.

01 iyun 2023 | 19:16

Samuxda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir keçirildi.

“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Parkında bayram şənliyi keçirilmişdir. Şənlikdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Samux Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, şəhid ailələri və şəhər sakinləri iştirak etdilər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək bildirdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların  beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını daima diqqətdə saxalayırdı. Ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə həyata keçirir.Azərbaycanda uşaqlara qayğı və dəstək hər zaman olduğu kimi bu gündə davam etdirilir. Cənab başçının çıxışından sonra bayram şənliyi rayon uşaq bağçalarının hazırladıqları rəqslər və səhnəciklərlə davam etdi. Şənliyin sonunda Alı Qocayev şəhid ailələrinin övladlarına bayram hədiyyələrini təqdim etdi.

Keçidlər