Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

31 oktyabr 2022 | 22:44

 

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux şəhərindən olan Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı .

Rüstəmov Pərviz Tufan oğlu 06 may 1992-ci il tarixdə Samux şəhərində anadan olmuşdur. İlk orta məktəb təhsilinə Samux şəhər 1 saylı məktəb-liseyində başlayıb, daha sonra Gəncə şəhər 17 saylı tam orta məktəbində davam etdirib. 2018-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 30 oktyabr 2020-ci il tarixdə Samux şəhər qəbristanlığında dəfn olunub. . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər