Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərində Vətən müharibəsi şəhidinin doğum günündə məzarı ziyarət olunub

06 may 2024 | 15:46

 

06 may 2024-ci il tarixində Samux şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun məzarı ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, şəhidimizin ailəsi, yaxınları, təhsil aldığı məktəbin müəllim kollektivi və şagirdlər iştirak etdilər. Məktəblilər şəhidlər haqqında şeirlər danışdılar. 44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu 06 may 1992-ci il tarixində Samux şəhərində doğulmuş, ilk orta məktəb təhsilinə Samux şəhər 01 saylı məktəb-liseyində başlayıb, daha sonra təhsilini Gəncə şəhər 17 saylı tam orta məktəbində davam etdirib. 2018-ci ildən MAHHXHQ kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə iştirak etmiş və 15 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 30 oktyabr 2020-ci il tarixində Samux şəhərində dəfn edilmişdir. Döyüşlərdə göstərdiyi mərdlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər