Samux şəhərində “Təhsilin dini radikalizmə, xurafata və cəhalətə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib
4 dekabr 2023-cü il tarixində Samux rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Samux şəhər M. Ələkbər Sabir adına 1 saylı məktəb liseydə “Təhsilin dini radikalizmə, xurafata və cəhalətə qarşı mübarizədə rolu” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov, Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Rüstəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev, şagirdlər və müəllimlər iştirak edib.
Tədbiri giriş sözünü Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov açmışdır. Çıxışında, islam elminin ana qaynağı hesab edilən Qurani-Kərim məhz “Oxu” əmri ilə başladığını qeyd edərək bir dinin ki, bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir, məhz bu aspektən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə, təhsilə münasibəti necə yüksək dəyərlər üzərində qurulduğunu vurğulayıb. Həmçinin, Qurani-Kərimdə dəfələrlə vurğulanan elm kəlməsi insanları elmli olmağa sövq edir. Təbii ki, elm sahibi olmaq üçün vasitə məhz təhsildir. Başqa ifadə ilə desək, elmə gedən yol təhsildən keçir. Elmə yiyələnmək üçün keçilməsi vacib olan yol məhz təhsil olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Rövşən Hacıyev çıxışında, ölkəmizin müstəqilliyini bərpa etməmişdən öncə sovetlər dövründə dinin qadağan edilməsi nəticəsində xurafatın “din” adı altında genişlənməyə başladığını bildirdi. Ölkəmizin öz suverenliyini bərpa etməsindən sonra İslam dini yenidən ölkəmizdə geniş vüsət almağa başlasa da, insanlar arasında xurafat yenə də mövcudluğunu qoruyub saxlaya bildiyini vurğuladı.
Sonda şagirdlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gəlmiş “Üfüqdəki gələcək” adlı sənədli film göstərildi.