Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhərində şəhid ailələri növbəti dəfə ziyarət edilib

18 dekabr 2023 | 14:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
18 dekabr 2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib. Samux şəhərindən olan Vətən müharibəsi şəhidləri Məmmədzadə Elvin İlham oğlunun və Hümbətov Nurəddin İlqar  oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər