Samux şəhərində müharibə iştirakçısı evində ziyarət edilib
21 noyabr 2023 | 11:34
Samux şəhərində yaşayan və 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı yaralanan Nəsirov Tələt Həbib oğlu yaşadığı evində ziyarət edilib. Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət edilən qazinin müraciətləri dinlənilib, sosial durumu ilə maraqlanılıb. Keçirilən görüş çərçivəsində imtiyazlı şəxslərin mənzil növbəliliyi və onlar üçün nəzərdə tutulan digər imtiyazlar haqqında məlumat verilib.
Qeyd edək ki, Tələt Nəsirov eyni zamanda Vətən müharibəsi iştirakçısıdır.