Samux RİH-də vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.
26 dekabr 2025 | 18:00
Samux Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Samux Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub:
- Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələlər sektoru, şöbə müdirinin müavini - baş memar (1 yer);
- İcra nümayəndəlikləri, Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 5 yanvar 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalından qeydiyyatdan keçməlidirlər.






