Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhidi Yusifov Taleh Gündüz oğlunun şəhadətinin ildönümü qeyd edildi.
27 noyabr 2022-ci il tarixdə Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhidi Yusifov Taleh Gündüz oğlunun şəhadətinin ildönümü qeyd edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı və rayonun imamı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir Qarayev çıxışı zamanı Vətən müharibəsi şəhidi Yusifov Taleh Gündüz oğlunun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı . Şagirdlər Vətən müharibəsindən, Azərbaycan Ordusunun şanlı zəfərindən bəhs edən vətənpərvər şeirlər söylədilər.
Vətən müharibəsi şəhidi Yusifov Taleh Gündüz oğlu 18 noyabr 1994-cu il tarixdə Samux rayonunun Ziyadlı kəndində anadan olmuşdur. Samux rayon Ziyadlı kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 04 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 27 noyabr 2020-ci il tarixdə Samux rayonunun Ziyadlı kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi