Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Tatlı kənd sakinləri ilə növbəti səyyar görüş keçirilib.

03 iyun 2025 | 16:50

Samux rayon Tatlı kənd sakinləri ilə səyyar görüş keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Samux rayon Tatlı kənd ümumi orta məktəbində kənd sakinlər ilə səyyar görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Keçidlər