Samux rayonunun tarixində taxıl istehsalı bu il ən yüksək həddə çatmışdır.
Samux rayonunun tarixində taxıl istehsalı bu il ən yüksək həddə çatmışdır.
Bu il rayonda 13400,6 hektar sahədə taxıl biçini aparılmışdır. Biçilmiş sahələrin 7793 hektarı əhali təsərrüfatlarının, 5607,6 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Biçilən sahələrin 7398,5 hektarı buğda, 6002,1 hektarı isə arpa olmuşdur. Sahələrdən 52989,5 ton məhsul yığılmışdır ki, bu isə rayonun tarixində ən yüksək göstəricidir. İstehsal olunan taxılın 31300 tonu buğda, 21689,5 tonu isə arpadır. Məhsuldarlıq hər hektardan 39,5 sentner olmuşdur
Taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərmişdir.
Samux Rayon Statistika İdarəsi