Samux rayonunun Seyidlər kəndində Yel çərşənbəsi qeyd olunub
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, eləcədə kənd sakinləri iştirak edib. Kəndin mərkəzi meydanı bayram atributları ilə bəzədilib. İştirakçılar meydanı gəzərək yerli uşaq musiqi məktəblərinin, məktəbəqədər tərbiyyə müəssisələrinin və məktəbdənkənar təhsil ocaqlarının hazırladıqları bayram ovqatlı əl işləri ilə tanış olublar. Meydanda bayram tonqalı alovlandırılıb.
Çıxış edənlər təbriklərini səsləndirib, xoş arzularını çatdırıblar. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının, çərşənbələrin, xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş etdiyi bildirilib.
Tədbirdə Yel çərşənbəsinə aid bayatılar, bayram abu- havalı şeir və musiqilər səsləndirilib. Mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə həmçinin Gəncə Qarnizonu İdeloji şöbəsi Mədəniyyət Mərkəzi ilə birlikdə hərbi xidmət keçən əsgərlərin ruh yüksəkliyini və əhval-ruhiyyəsini artırmaq məqsədi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də keçirilib.