Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Seyidlər kəndində şəhidin qırx mərasimi keçirilib

07 noyabr 2023 | 15:26

Samux rayonunun Seyidlər kəndində şəhidin qırx mərasimi keçirilib
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olmuş Samux rayonunun Seyidlər kəndindən olan Qarayev İlkin Yusif oğlunun 7 noyabr 2023-cü il tarixində qırx mərasimi keçirilib.
Mərasimdə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, eyni zamanda Samux rayon Seyidlər kənd qəbristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Şəfiyev Daşqının da məzarını ziyarət edib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin ailəsi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şəhidin keçdiyi şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət, doğmalarına isə səbr diləyib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Qarayev İlkin Yusif oğlu 25 noyabr 2004-cü il tarixində Samux rayonunun Seyidlər kəndində anadan olub. Subaydır. 29 sentyabr 2023-cü il tarixində Samux rayonunun Seyidlər kənd qəbiristanlığında dəfn edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər