Samux rayonunun Seyidlər kəndində bir aqreqatlı nasos stansiya istifadəyə verilib.
Samux rayonunun Seyidlər kəndində bir aqreqatlı nasos stansiya istifadəyə verilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux Rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məmməd Məmmədov, şəhid atası Hidayət Şəfiyev, şəhid atası Ramiz Ərəbov, həmçinin cəmiyyətin nümayəndələri, fermerlər, kənd sakinləri iştirak ediblər.
Seyidlər kəndində yeni istifadəyə verilən bir aqreqatlı nasos stansiya istifadəyə verilib. Uzun illər idi köhnə nasos stansiya dağılıb yararsız hala düşmüşdür. ADSEA -ya yönləndirilmiş vətəndaşların müraciətləri qiymətləndirilib və 1 ədəd 250 Kva - lıq transformator və 315/71, 110 kw mühərrik ilə təmin olunub. Yeni Nasos Stansiya Seyidlər və Qədili kəndlərində 300 ha əkin sahələrinin suvarmasına xidmət edəcək.






