Samux rayonunun Sarıqaya kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi, Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunmuş Məmmədov Kərim Namil oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux rayonunun Sarıqaya kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi, Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunmuş Məmmədov Kərim Namil oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Sarıqaya kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədov Kərim Namil oğlunun şəhadətinin ildönümü ilə bağı məzarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidin döyüş yolundan danışdılar.
Məmmədov Kərim Namil oğlu 05 aprel 1989-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 27 saylı məktəb-liseydə təhsil alıb. 2012-ci ilin may ayından Daxili Qoşunlarda Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb , sonra xidmətini 2016-ci ildən Gizir kimi davam etdirib. Aprel döyüşlərinin iştirakçısıdır. Məmmədov Kərim Namil oğlu 01 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 02 oktyabr 2020-ci il tarixdə Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi. 2 övladı var. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.