Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qovlarsarı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

16 oktyabr 2022 | 08:00

 

Samux rayonunun  Qovlarsarı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi  Sadıqzadə Emil Əziz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun  Qovlarsarı kəndindən olan Vətən müharibəsi şəhidi  Sadıqzadə Emil Əziz oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə  Samux  Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı.  Sadıqzadə Emil Əziz oğlu 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə Qovlarsarı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Cəsur döyüşçü”, ”Xocavəndin azad olunmasına görə”   və " Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər