Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qədili kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.

30 sentyabr 2022 | 16:26

Samux rayonunun Qədili kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Qədili kəndindən olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidin döyüş yolundan danışdılar. Daha sonra Samux rayon Qədili kəndində şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə bulağın açılışı oldu. Şagirdlər açılış mərasimində vətənpərvərliklə bağlı şeirlər dedilər. Ərəbov Orxan Ramiz oğlu 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər