Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Bayram Elnur oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edilib

11 mart 2024 | 17:41

Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Bayram Elnur oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideynləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsüratlarını bölüşdülər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Məmmədov Bayram Elnur oğlu Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonu Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər