Samux rayonunun Qarayeri qəsəbəsində şəhidin qırx mərasimi keçirilib
Samux rayonunun Qarayeri qəsəbəsində şəhidin qırx mərasimi keçirilib
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olmuş Samux rayonunun Qarayeri qəsəbəsindən olan Məmmədov Eltun Vüqar oğlunun 1 noyabr 2023-cü il tarixində qırx mərasimi keçirilib.
Mərasimdə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, eyni zamanda Samux rayon Qarayeri qəsəbə qəbristanlığında dəfn olunmuş Vətən müharibəsi və I Qarabağ müharibəsi şəhidlərinin də məzarlarını ziyarət edib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin ailəsi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şəhidin keçdiyi şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət, doğmalarına isə səbr diləyib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Məmmədov Eltun Vüqar oğlu 27 yanvar 2004-cü il tarixində Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Subaydır. 23 sentyabr 2023-cü il tarixində Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında dəfn edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!