Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Qarayeri qəsəbəsində Od çərşənbəsi qeyd olunub

05 mart 2024 | 14:37

Samux rayonunun Qarayeri qəsəbəsində Od çərşənbəsi qeyd olunub. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firodvsi Əliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri eləcədə qəsəbə sakinləri iştirak edib. Qəsəbənin mərkəzi meydanı bayram atributları ilə bəzədilib. İştirakçılar meydanı gəzərək yerli uşaq musiqi məktəblərinin, məktəbəqədər tərbiyyə müəssisələrinin və məktəbdənkənar təhsil ocaqlarının hazırladıqları bayram ovqatlı əl işləri ilə tanış olublar. Meydanda bayram tonqalı alovlandıırlıb. Çıxış edənlər təbriklərini səsləndirib, xoş arzularını çatdırıblar. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının, çərşənbələrin, xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş etidyi bildirilib. Tədbirdə Od çərşənbəsinə aid bayatılar, bayram abu havalı şeir və musiqilər səslənidirilib. Mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Keçidlər