Samux rayonunun Qarayeri qəsəbəsində “Konstitusiya və Suverenlik ili” çərçivəsində iməcilik keçirilib.
Samux rayonunun Qarayeri qəsəbəsində “Konstitusiya və Suverenlik ili” çərçivəsində iməcilik keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bütün qəsəbə və kəndlərində olduğu kimi rayonun Qarayeri qəsəbəsində də abadlıq və iməcilik aksiyası keçirilib. Aksiyada qəsəbə sakinləri könüllü olaraq iştirak ediblər.
Keçirilən iməcilik zamanı qəsəbə ərazisində abadlıq və təmizlik işləri görülüb, yaşıllıq zolaqları alaq otlarından təmizlənib, istirahət güşələrində, prospekt və küçələrdə məişət tullantılarının təmizlənməsi işləri aparılıb. Mərkəzi küçələrdə işqlandırma sistemləri qurulub, yol kənarlarında yerləşən ağaclara zərərvericilərdən qorunması və estetik görünüşün artırılması məqsədilə aqrotexniki qulluq göstərilib.






