Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsi və məzarını ziyarət edildi.

12 noyabr 2022 | 13:55

Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsi və məzarını ziyarət edildi.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti,  Daxili Qoşunların şəxsi heyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşlar,  rayonun imamı və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğıdan danışdı .

      Həsənov Pərviz Fərmayıl   oğlu 08 dekabr 1989-cu il tarixdə Samux rayonunun Poylu kəndində anadan olmuşdur. Samux rayon Poylu kənd tam orta məktəbinin məzunudur.

2012-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 08 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Samux rayonunun Poylu kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Səma adında 1 qızı var.

Keçidlər