Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun doğum günü ilə bağı ailəsi və məzarı ziyarət edildi.

09 dekabr 2022 | 18:51

Samux rayonunun Poylu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Pərviz Fərmayıl oğlunun doğum günü  ilə bağı ailəsi və məzarı ziyarət edildi.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qurban Həsənov,  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Vüsal Mehdiyev, şəhidin ailəsi, yaxınları iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qurban Həsənov 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən  diqqət və qayğıdan danışdı .

      Qeyd edək ki, Həsənov Pərviz Fərmayıl   oğlu 08 dekabr 1989-cu il tarixdə Samux rayonunun Poylu kəndində anadan olmuşdur. Samux rayon Poylu kənd tam orta məktəbinin məzunudur.

2012-ci ildən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 08 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Samux rayonunun Poylu kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Səma adında 1 qızı var.

Keçidlər