Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edilib

20 iyun 2024 | 15:35

Samux rayonunun Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideynləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsüratlarını bölüşdülər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Həmzəyev Arif Muradcan oğlu Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonu Lək kəndində dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və Ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər