Samux rayonunun Lək kəndində şəhidin doğum günü qeyd edilib.
07 mart 2024-cü il tarixində Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olmuş Samux rayonunun Lək kəndindən olan Qasımov Sənan Fərman oğlunun doğum günündə məzarı ziyarət edilib.
Mərasimdə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, eyni zamanda Samux rayon Lək kənd qəbristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Arif Həmzəyevin məzarını ziyarət edib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin ailəsi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şəhidin keçdiyi şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət, doğmalarına isə səbr diləyib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Qasımov Sənan Fərman oğlu 07 mart 1991-ci il tarixində Samux rayonunun Lək kəndində anadan olub. Evli idi, 3 övladı var. 21 sentyabr 2023-cü il tarixində Samux rayonunun Lək kənd qəbristanlığında dəfn edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!