Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Lək kəndində 44 günlük vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Həmzəyev Arif Muradcan oğlunun ildönümü qeyd edildi.

05 noyabr 2022 | 22:47

Bu gün Samux rayonunun Lək kəndində 44 günlük vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Həmzəyev Arif Muradcan oğlunun ildönümü qeyd edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun imamı, Gənclər və İdman idarəsi, şəhidin ailə üzvləri, məktəblilər, və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxundu. Məktəblilər vətənərvərliklə bağlı şeirlər dedilər. Şəhid Arif Həmzəyevin keçdiyi döyüş yolu barədə söhbət açıldı və valideynlərinə dərin hüznlə başsağlığı verildi.

Şəhid Arif Həmzəyev Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən"Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər