Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Kəsəmən kənd sakinləri ilə növbəti səyyar qəbul keçirildi.

05 iyul 2022 | 18:16

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Kəsəmən kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.

Qəbulda kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Kənd sakinlərini salamlayan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev İlham Əliyevin ordu quruculuğu siyasətinin hərb tariximiz baxımından müstəsna əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanması sahəsində misilsiz xidmətlərindən,  44 günlük Vətən müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərdən bəhs etdi.
Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Kitay Vəliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

 Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənildi,səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün bir daha aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.

Keçidlər