Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirildi.

07 mart 2023 | 12:19
Samux rayonunun İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsi-Şöbə müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Rüstəm Ramizli Samux rayonunun İnstitut qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun doğum günü ilə bağlı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, rayonun imamı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Məktəblilər vətənpərvərliklə bağlı şeirlər dedilər.
Əsədov Ruslan Rövşən oğlu 07 mart 2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. 20 oktyabr 2020-ci ildə Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni , "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Keçidlər