Samux rayonunun Əhmədbəyli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux rayonunun Əhmədbəyli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Əhmədəyli kəndindən olan Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı. Mürsəlzadə Elməddin Cəsur oğlu 07 avqust 2000-ci il tarixdə Samux rayon Əhmədbəyli kəndində anadan olmuşdur. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin məzunudur. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Gəncə Dövlət Universitetinin Pedaqoi fakültəsində qiyabi təhsil alırdı. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. 17 oktyabr 2020-ci ildə Samux rayon Əhmədbəyli kəndində dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
--
Rustam Ramizli