Samux rayonunun Çobanabdallı kəndində fermerlərlə növbəti görüş keçirildi.
Samux rayonunun Çobanabdallı kəndində fermerlərlə növbəti görüş keçirildi.
Samux rayon Çobanabdallı kəndində yaşayan fermerlərin və torpaq istifadəçilərinin problemlərinin dinlənilməsi, lazımı köməkliklərin göstərilməsi, maarifləndirmə və məlumatlandırma işlərinin aparılması, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin”də torpaq sənədlərin bəyan edilməsi qaydaları və subsidiya almaq üçün sənədlərin düzgün qeydiyyata alınması, “Aqrar Subsidiya Şurası”nın qərarları, bitki mühafizə tədbirləri, baytarlıq sahəsində epizootik tədbirlərin aparılması, lizinq vasitəsilə kənd təsərrüfatı texnikalarının, suvarma sistemlərinin və mal qara alınması, kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi, kənd təsərrüfatı texnikalarının saxlanması, sürücülük vəsiqələrinin verilməsi qaydaları, əkin sahələrindən aqrokimyəvi analizlərin götürülməsi, toxum sortları və digər aidiyyəti işlər barədə fermerlərlə görüş keçirildi. Görüşdə Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, Samux rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Bağırov, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarəsinin, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin, Sudan İstifadəedənlər Birliyinin və Labaratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin, Texniki Nəzarətin Təşkili üzrə rəhbərləri və digər məsul şəxslər iştirak etmişdir. Tədbirdə fermerlərin müraciətləri dinlənildi, müvafiq izahatlar verildi və fermerlərə məlumatlandırıcı bukletlər paylanıldı.