Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Bağbanlar kəndindən olan şəhidin doğum günü qeyd edilib

08 mart 2024 | 19:17

08 mart 2024-cü il tarixində Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olmuş Samux rayonunun Bağbanlar kəndindən olan Həsənov Həsən Zabit  oğlunun doğum günündə məzarı ziyarət edilib, şəhidin adının əbədiləşdirilməsi məqsədilə inşa edilən bulağın açılış mərasimi təşkil edilib.

Mərasimdə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tərəfindən Gəncə şəhəri İmamzadə Kompleksində dəfn edilən şəhidin  məzarı ziyarət edilib, daha sonra xatirə bulağının açılışı olub.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin kollektivi ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional şöbəsinin müdiri Həsən Məmmədov, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhidin ailəsi, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şəhidin keçdiyi şərəfli ömür yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verərək ona Allahdan rəhmət, doğmalarına isə səbr diləyib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Həsənov Həsən Zabit  oğlu 08 mart 1995-ci il tarixində Samux rayonu Bağbanlar  kəndində anadan olub. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həsənov Həsən Zabit oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 21 sentyabr 2023-cü il tarixində Gəncə şəhəri İmamzadə Kompleksində dəfn edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər