Samux rayonundan "Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi" mövzusunda dəyirmi masa təşkil edildi.
14.02.2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Xəlilova, komissiyanın məsul katibi Tutu Rüstəmova və Sərkar kənd tam orta məktəbin direktoru Möyləyeva Afaq məktəb müəllimlərinin, psixoloqların və valideynlərin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1-ci maddəsinin icrası ilə bağlı "Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi" mövzusunda dəyirmi masa təşkil edildi.Kəmalə Xəlilova çıxışında, qızların təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının qarşısının alınması üçün bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini,valideynlərlə əməkdaşlığın vacibliyini vurğuladı.