Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonundan olan Vətən müharibəsi şəhidi təltif edildi

29 iyun 2022 | 09:57

Samux rayon İnstitut qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir. Əlavə məlumat üçün qeyd edək ki, Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən ​ oğlu​ 07 mart 2002-ci il tarixdə Gəncə şəhərində​ anadan olmuşdur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi​ xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 20 oktyabr 2020-ci il tarixdə Samux rayonunun İnstitut qəsəbəsində​ dəfn olunub.​ Şəhid​ daha öncə​ torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə​ "Vətən uğrunda" , "İgidliyə görə" və “Kəlbəcərin azad olunmasına görə”​ medalları ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər